Olland Obama və Putinlə görüşə gedir - İŞİD təhlükəsi

Olland Obama və Putinlə görüşə gedir - İŞİD təhlükəsi
  17 Noyabr 2015    Oxunub:2928
Fransa prezidenti Fransua Olland gələn həftə ABŞ və Rusiyaya səfər edəcək.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals mətbuata açıqlamasında bildirib.

“Fransa prezidenti Barak Obama və Vladimir Putinlə danışıqların aparılması məqsədilə ABŞ və Rusiyaya səfər edəcək”, - deyə Baş nazir qeyd edib.

Ötən gün Fransa Konqresində çıxışı zamanı Olland qeyd edib ki, İŞİD-ə qarşı mübarizədə səyləri birləşdirilməsi üçün Obama və Putinlə razılığa gəlmək niyyətindədir.

İlkin məlumatlara görə, Olland Obama və Putinlə İŞİD-in Parisdə törətdiyi terror hadisəsi ilə bağlı müzakirələr aparacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti