Almaniya İordaniyaya tank satacaq

Almaniya İordaniyaya tank satacaq
  17 Noyabr 2015    Oxunub:1609
Almaniyanın “Kraus-Maffay Vegaman” adlı silah firması Yaxın Şərq ölkəsi olan İordaniyaya 70 ədəd “Leopard” tankı satacaq.

Müqavilənin ilkin dəyəri 2 miliyard avrodan başlayacaq.

Almaniyanın müdafiə nazirliyinin açıqlmasına görə, İordaniyaya satılması nəzərdə tutulan “Leopard” modelli tankların üzərində hələ döyüş şəraitində test sınaqları keçirilir.

Daha öncə isə Almaniya Federal Təhlükəsizlik Şurasının İordaniyaya “Hekler & Kox” şirkətinə məxsus, dəyəri 3,14 miliyon avro olan kiçik çaplı silahlar, yüzlərlə avtomat, böyük həcmdə patron və partlayıcı sursatlar satdığı üzə çıxmışdı.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti