Ən çox yalan danışan xalqlar - SİYAHI

Ən çox yalan danışan xalqlar - SİYAHI
  17 Noyabr 2015    Oxunub:22040
Böyük Britaniya alimləri son araşdırmalarına görə insanların dürüstlük səviyyəsi ölkələrə görə dəyişir. Araşdırmacılar, həmçinin bu qənaətə gəliblər ki, insanın şəxsi dürüstlüyü yalnız ölkənin iqtisadi inkişafının əvvəlində əhəmiyyətli rol oynayır, sonradan formal razılaşmalar və qanunlar ona olan tələbatı azaldır.

AzVision.az xəbər verir ki, bu barədə məlumat Şərqi İngiltərə Universitetinin rəsmi saytında yerləşdirilib.

Alimlər müxtəlif böyüklüklüyə, coğrafi mənsubiyyətə və iqtisadi göstəricilərə məxsus 15 ölkədən 1500 könüllünü online-sorğuda iştirak ediblər. İştirakçı ölkələrin siyahısı belədir: “Argentina, Braziliya, Danimarka, Hindistan, Çin, Portuqaliya, Rusiya, ABŞ, Türkiyə, İsveçrə, CAR, Cənubi Koreya, Yaponiya.

Araşdırma iki eksperimentdən ibarət olub. Əvvəlcə könüllülərdən havaya qəpik atmaları, gerb və ya bayraq düşməsini göstərmələri istənilib. Hər “gerb” bayrağı üçün onlar 3-5 dollar əldə ediblər. Təcrübə nəticəsində ümumi cavabları 50 faizdən yuxarı rəqəmi keçən ölkələr “qeyri-dürüst” ölkələr adlandırılıb.

Daha sonra həmin könüllülərdən internetdən və kənar şəxslərin köməyi olmadan musiqi mövzusunda suallara cavab vermək (mükafat qarşılığında) xahiş olunub. Sualların bir hissəsini xüsusi olaraq çətin seçilib ki, onlara internetdə axtarış edilmədən cavab vermək mümkün olmasın.



Müxtəlif ölkələr arasında dürüstlük səviyyəsi arasında fərq olduqca böyük olub. Lakin bunun səbəbləri alimlərə məlum deyil. Məsələn qəpiklə bağlı testi ən pis Asiya ölkələri – Çin, Yaponiya, Cənubi Koreya və Hindistan. Məqalə müəllifləri hesab edirlər ki, bunu səbəbi mədəniyyətdədir: Asiyada qəpiyi havaya atma azart oyunlarının bir hissəsi hesab olunur ki, burada da hər zaman hansı bir fırıldaq ola bilər.

Bundan əlavə, ən qeyri-dürüst ölkələr eyni zamanda ən kasıb ölkələrdir. Alimlər ehtimal edirlər ki, texnologiyalar və hüquqi institutların inkişaf etmədiyi ərazilərdə şəxsi dürüstlük müqavilələrin icrasına nəzarəti təmin edir və işgüzar münasibətlərin təhlükəsizliyinə zəmanət verir. İqtisadi artım və müasir institutların formalaşdırılması biznesin idarə olunmasını asanlaşdırır, şəxsi dürüstlüyə olan ehtiyac isə azalır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti