Olland Almaniyadan izahat tələb edir

Olland Almaniyadan izahat tələb edir
  17 Noyabr 2015    Oxunub:1684
Fransa prezidenti Fransua Olland Almaniyadan dinləmə olayına aydınlıq gətirməyi tələb edir.

AzVision.az “France-Press” xəbər agentliyinə istinadən bildirir ki, dinləmə faktına münasibət bildirən Fransa prezidenti Fransua Olland deyib ki, “Müttəfiqlər arasında bu cür xoşagəlməz hal yol verilməzdir”.

Bildirilir ki, Fransua Olland həqiqətən də alman xüsusi xidmət orqanının (BND) Fransa Xarici İşlər Nazirliyini dinləməsi ilə bağlı Almaniyadan konkret sənədlər tələb edib.

“Tələb edirik ki, dinləmə olayına aid təfərrüatlı, dəqiq məlumat bizə təqdim edilsin”, - deyə Fransa prezidenti qeyd edib.

Merkeldən də məsələyə reaksiya gəlib. O bildirib ki, “Fransanın tələbinə cavab verilməsi üçün hər şey ediləcək”.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti