Rövnəq Abdullayev Türkmənbaşının qəbulunda

Rövnəq Abdullayev Türkmənbaşının qəbulunda
  18 Noyabr 2015    Oxunub:2361
Türkmənistan bundan sonra da Azərbaycanla iki qardaş xalq arasında olan dostluq və mehriban qonşuluq siyasətinə, bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətləri möhkəmləndirmək niyyətindədir.
AzVision.az Türkmənistan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə prezident Qurbanqulu Berdiməhəmmədov SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşü zamanı bildirib.

Görüş zamanı iqtisadi sahədə müxtəlif qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin yanacaq-enerji sektorunda birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Tərəflər vurğulayırlar ki, böyük enerji potensialına malik Türkmənistan və Azərbaycan öz zəngin karbohidrogen yataqlarının effektiv mənimsənilməsi, Xəzər regionundan da daxil olmaqla, öz tədarüklərini dünya bazarlarına çıxışını şaxələndirmə istiqamətində əməli addımlar atırlar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti