Əsəd Putini təriflədi: `O, yeganə insandır..`

Əsəd Putini təriflədi: `O, yeganə insandır..`
  18 Noyabr 2015    Oxunub:1928
Rusiya prezidenti Vladimir Putin terrorizm və İslam ekstremizmi ilə mübarizədə əhəmiyyətli rol oynayır.
AzVision.az xəbər verir ki, bu barədə Əsəd Fransanın “Valeur Actuel” iqtisadi jurnalına müsahibəsində bildirib.

“Mən dünyadakı vəziyyətə baxdıqda bir daha əmin oluram ki, Rusiya prezidenti Vladimir Putin xristian sivilizasiyanın yeganə qoruyucusudur”, – deyə Əsəd vurğulayıb.

“Suriyanı məhv etmək istəyənlər regiondakı yeganə dünyəvi dövləti də məhv etməyə çalışırlar. Dünyəvi xarakter Suriya dövlətinin ayrılmaz hissəsidir. Və bu bütün Yaxın Şərq üçün böyük əhəmiyyətə malikdir”, - deyə Suriya lideri qeyd edib.

Əsəd , həmçinin əlavə edib ki, onun prezident postundan gedişi yalnız Suriya xalqının qərarından asılıdır: “Mənim vəzifədən getməyimlə bağlı məsələ beynəlxalq konfranslarda müzakirə olunmamalıdır. Mənim gedişim yalnız xalqın istəyi və parlamentin qərarından asılıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti