Putindən prezidentlərə kritik zəng

Putindən prezidentlərə kritik zəng
  18 Noyabr 2015    Oxunub:3451
Rusiya prezidenti Vladimir Putin İsrail və Misir liderləri ilə telefonla əlaqə saxlayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən Putin İsrail baş naziri Binyamin Netanyahuya zəng edib.

“Liderlər ikitərəfli əməkdaşlıq, həmçinin Yaxın Şərq, Suriya və Fələstin – İsrail münaqişəsi də daxil olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə ediblər”,- deyə məlumatda bildirilir.

“Reuters” agentliyi isə Rusiya prezidenti Vladimir Putin Misir lideri Abdel-Fəttah Əs-Sisi arasında telefon danışığının baş tutması barədə xəbər yayıb. Ölkə başçıları terrorizmlə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti