Hicablı qadını qatarın altına atdılar - Dəhşət

Hicablı qadını qatarın altına atdılar - Dəhşət
  18 Noyabr 2015    Oxunub:19015
London metrosunda yaşlı kişi hicablı qadını arxadan itələyərək qatarın altına atıb.
AzVision.az “The Daily Mail”-ə istinadən xəbər verir ki, hadisə müşahidə kameraları vasitəsilə görüntülənib.

Məlumatda qeyd olunur ki, yaşlı kişi qatar platformaya yaxınlaşan zaman qadını itələyib. Xoşbəxtlikdən, qadın qatara çırpıldıqdan sonra zərbənin gücü nəticəsində geri qayıdıb. Hadisə nəticəsində o yüngül xəsarət alıb.

Hüquq-mühafizə orqanı əməkdaşları qadını itələyən şəxsi saxlayıblar. Milliyətcə yapon olan 81 yaşlı kişiyə qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi qaldırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti