Almaniya Əfqanıstandakı hərbçilərini artırmaq istəyir

Almaniya Əfqanıstandakı hərbçilərini artırmaq istəyir
  18 Noyabr 2015    Oxunub:1719
Almaniya müdafiə Nazirliyi (Bundeswehr) Əfqanistandakı canlı qüvvə sayını artırmaq istədiyini açıqlayıb.

AzVision.az həftəlik “Focus Online” nəşrinə istinadən bildirir ki, əvvəlcə NATO-nun açıqlamasına görə, alyans 2016-cı ilə qədər oradakı qüvvələrinin sayı azaltmaq istəyirdi. Amma Taliban qüvvələrinin fəallığından dolayı, plan dəyişir.

Hazırda Əfqanıstandakı alman hərbi kontingentinin sayının 850 nəfərdən 980 nəfərə çatdırılması və hərbi qüvvələrin 2016-cı ilin sonunadək orada saxlanılması düşünülür. Hərbçilərin Şimali Əfqanıstanda Məzari-Şərif şəhərində qalacağı planlaşdırılır.

NATO ölkələri hesabına 13 000 canlı qüvvənin Əfqanıstanda saxlanılacağı da deyilir.

ABŞ prezidenti Barak Obama Əfqanıstanda hələ bir müddət də hərbi qüvvələri saxlayacağını açıqlayandan sonra Almaniya, Britaniya və İtaliya da prosesə qoşulduqlarını bildirdilər.

Almaniyanın Müdafiə Naziri Ursula fon der Leyen məsələ ilə əlaqədar qeyd edib ki, bundan sonra alman hərbçiləri Əfqanıstanın milli təhlükəsizliyinin təminatından ötrü orada qalıb bir müddət fəaliyyət göstərəcəklər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti