İŞİD Rusiya təyyarəsini bu bomba ilə partladıb - FOTO

İŞİD Rusiya təyyarəsini bu bomba ilə partladıb - FOTO
  19 Noyabr 2015    Oxunub:3505
İŞİD terror qruplaşmasının üzvləri Misirdə qəzaya uğrayan Rusiya təyyarəsindəki sərnişinlərin sənədlərini, həmçinin terror aktında istifadə edilən əldəqayırma bombanın fotolarını yayıb.

Şəkillərin birində 3 sənəd: 2 xarici pasport və 1 hərbçi sənədi, digərində isə - təyyarənin partladılmasında istifadə olunan partlayıcı qurğunun hissələri və idarəetmə pultu göstərilib.

Təyyarənin göyərtəsində olan sərnişinlərin sənədlərinin terrorçuların əlinə necə keçdiyi hələlik məlum deyil.

İŞİD yaraqlıları sosial şəbəkələrdə Rusiya təyyarəsini bu bomba ilə partlatdırlarını bəyan ediblər.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Qəzadan dərhal sonra İŞİD yaraqlıları hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürmüşdü.



AzVision.az


Teqlər:





Xəbər lenti