Paris qətliamının təşkilatçısı öldürüldü

Paris qətliamının təşkilatçısı öldürüldü
  19 Noyabr 2015    Oxunub:2253
Parisdə baş vermiş terror aktlarının təşkilatçısı Abdelhəmid Əbaud öldürülüb.
Bu barədə ilk xəbəri `The Washington Post` qəzeti yayıb.

Məlumata əsasən, terrorçu Paris yaxınlığında polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib. 7 saat davam edən əməliyyatda 100-ə yaxın polis əməkdaşı iştirak edib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə baş verən bir neçə terror aktı nəticəsində 129 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

Terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti