ABŞ təyyarəsində 4 şübhəli müsəlman

ABŞ təyyarəsində 4 şübhəli müsəlman
  19 Noyabr 2015    Oxunub:1372
Amerikanın Çikaqo şəhərində müsəlmanlar təyyarədən endirilib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Çikaqoda uçmağa hazırlaşan bir təyyarədə 4 müsəlman “şübhəli” olduqları üçün təyyarədən məcburi endiriliblər.

Buna səbəb isə müsəlmanlardan birinin cib telefonu ilə xəbərləri oxuması olub. Məlum olub ki, onlardan biri mobil telefon vasitəsilə Parisdəki terorla bağlı xəbərləri izləyirmiş. Sərnişinlərin tələbindən sonra təyyarənin göyərtəsində olan 4 müsəlman “şübhəli” şəxs qismində təyyarədən endirilərək saxlanılıblar. Saxlanılanların kimliyi barədə məlumat verilmir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti