7 ayda 5 mindən çox insan ölüb

7 ayda 5 mindən çox insan ölüb
  19 Noyabr 2015    Oxunub:1342
Son yeddi ayda Yəməndə baş verən silahlı münaqişələr nəticəsində 830-u uşaq və qadın olmaqla 5 min 700 dinc sakin həlak olub, 26 mindən çox insan yaralanıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bunu BMT-nin Yəmənə Humanitar Yardım üzrə əlaqələndiricisi İohannes van der Klauv deyib.

Onun sözlərinə görə, hazırda əhalinin 21,2 milyonunun humanitar yardıma ehtiyacı var: “Hazırda 14 milyondan çox insan səhiyyə və qida xidmətindən məhrumdur. 3 milyondan çox uşaq və hamilə qadın qida çatışmazlığından əziyyət çəkir. Ölkə daxilində mövcud münaqişəyə görə, 1,8 milyon uşaq məktəbə gedə bilmir”.


Teqlər:  





Xəbər lenti