Əsəd istefa verəcəyi tarixi açıqladı

Əsəd istefa verəcəyi tarixi açıqladı
  19 Noyabr 2015    Oxunub:4642
Suriya prezidenti Bəşər Əsəd İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı üzərində qələbə qazanılmayana qədər öz istefasının mümkün olmadığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Əsəd İtaliyanın “RAİ” telekanalına müsahibəsində bildirib.

“Qrafik (keçid dövrü) terrorizm üzərində qələbə qazanıldıqdan sonra işə düşəcək. Terrorçular Suriyanın böyük bir hissəsini nəzarət altında saxladığı bir vaxtda siyasi anlamda nəticələr əldə etmək mümkün deyil”, - deyə Əsəd vurğulayıb.

Terrorçular üzərində qələbə qazanılacağı təqdirdə Əsəd keçid dövrünün 1,5-2 il davam edəcəyini bildirib. Bu arada o, prezident seçkilərində də iştirak etməsi variantını istisna etməyib: “Bu məsələdə heç bir qırmızı xətt yoxdur. Əgər mən Suriya xalqı tərəfindən yenidən prezident seçilsəm, onda onları xoşbəxt gələcək gözləyir”.

O, həmçinin qeyd edib ki, seçkilərsiz hakimiyyətdə qalma qərarı onun üçün siyasi səhv olardı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti