Ərdoğan Avropaya Azərbaycanın əhəmiyyətini xatırlatdı

Ərdoğan Avropaya Azərbaycanın əhəmiyyətini xatırlatdı
  19 Noyabr 2015    Oxunub:2572
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində əhəmiyyətli rol oynayır.

AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Atlantika Şurası sammitində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Avropa “Nabucco” kəmərinin çəkilməsini planlaşdırmağa hələ yeni başladığı vaxtda Azərbaycan və Türkiyə Trans Anadolu qaz kəməri (TANAP)layihəsinin reallaşdırılmasına başlayıb.

O, qeyd edib ki, “Nabucco” layihəsinin realaşmamasına səbəb Avropanın lazımi vəsait ayırmaması olub.
Ərdoğanın sözlərinə görə, hazırda Türkiyədə TANAP-ın tikintisi davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti