Ermənistana qaytarılan Qriqoryan sağlam çıxdı

Ermənistana qaytarılan Qriqoryan sağlam çıxdı
  19 Noyabr 2015    Oxunub:5146
Azərbaycanın ötən gün Ermənistana təhvil verdiyi əsgər Andranik Qriqoryanın səhhətində heç bir problem aşkarlanmayıb.
AzVision.az xəbər verir ki, bu barədə “news.am”-a Qriqoryanın yoxlamalardan keçdiyi Respublika Tibb Mərkəzindən bildirilib.

Qeyd edək ki, təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Xatırladaq ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti