Nalbandyandan Bakıya mesaj: Sabah oxuyarsınız

Nalbandyandan Bakıya mesaj: Sabah oxuyarsınız
  19 Noyabr 2015    Oxunub:8843
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin Qarabağla bağlı suallarını cavablandırmaqdan imtina edərək ictimaiyyətin bu barədə sabah ətraflı oxuya biləcəyini vurğulayıb.
AzVision.az xəbər verir ki, bu müəmmalı bəyanatı Nalbandyan Ermənistan parlamentinin xarici məsələlər üzrə komitəsinin qapalı iclasından sonra bildirib.

`İclasda Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi müzakirə olunubmu` sualına nazir belə cavab verib: “Təbii ki. Xarici məsələlərdən danışarkən necə Dağlıq Qarabağ məsələsinə toxunmamaq olar? Bütün məsələlər müzakirə olunub”.

Nalbandyanın sözlərinə görə, AŞPA-nın qış sessiyasına çıxarılacaq anti-erməni qətnaməsi də müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti