Uorlik erməni əsgərin qaytarılmasını alqışladı

Uorlik erməni əsgərin qaytarılmasını alqışladı
  19 Noyabr 2015    Oxunub:1872
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın erməni əsgəri qaytarmasını alqışlayıb.
AzVision.az xəbər verir ki, diplomat bu barədə Twitter şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq”, - yazıda bildirilir.

Xatırladaq ki, 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.


Teqlər:  





Xəbər lenti