Fransa səfiri Paris merini ermənipərəst sayır
Paris meri Ann İdalqonun himayəsi altında "Hayastan" ümumerməni fondunun Fransa ofisi tərəfindən keçiriləcək 16-cı Avropa telemarafonuna münasibət bildirən səfir deyib ki, Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyi son dərəcə aydındır: "Fransa Azərbaycanı dəstəkləyir və qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".
Məlumata görə, telemarafondan ələ olunacaq vəsait separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzinin tikintisinə ayrılacaq.
A.Buşez qeyd edib ki, Paris merinin belə bir layihə həyata keçirməsi Fransanın mövqeyini əks etdirmir: "Burada ikili standartlardan söhbət gedə bilməz" ("Trend").
Teqlər: