İŞİD-dən etiraf: Rusiya 3 lideri öldürüb

İŞİD-dən etiraf: Rusiya 3 lideri öldürüb
  20 Noyabr 2015    Oxunub:1951
"İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada endirdiyi hava zərbələri nəticəsində üç səhra komandirlərinin öldüyünü etiraf ediblər.

"Report" xəbər verir ki, bunu Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov bildirib.

"Yaraqlılar Hələbdə fəaliyyət göstərən səhra komandirləri Əbu Nurlbaqasi, Məhəmməd ibn Hayrat, Əl-Okabın öldürüldüyünü etiraf ediblər", – deyə RİA "Novosti" Kartapolovun sözlərini sitat gətirib.

Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci il 30 sentyabr tarixindən başlayıb.


Teqlər:





Xəbər lenti