Erməni deputat xalqı inqilaba çağırdı
AzVision.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında “İrs” partiyasının deputatı Zauri Postancyan bildirib.
“Vətəndaşlar hətta öz həyatlarını sərbəst şəkildə yaşamaq iqtidarında belə deyillər. Ölkənin 2016-cı il üzrə dövlət büdcəsi növbəti dəfə də ehtiyacı olan şəxslərə minimal yardım belə etməyib”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, yeganə çarə ölkədə sistemli dəyişikliklərə nail olmaqdır. Bu isə növbədənkənar seçkilərin keçirilməsi nəticəsində baş verə bilər: “Buna qədər isə müvəqqəti hökumət ədalətli seçkilərin keçirilməsinə dair zəmanət verməlidir. Lakin hakimiyyətə qarşı hərəkatın bir lideri olmalıdır. Hər birimiz öz yerimizdə lider olmalıyıq”, - deyə deputat bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az