Ermənistanda Azərbaycandan qayıdan əsgərə qadağa

Ermənistanda Azərbaycandan qayıdan əsgərə qadağa
  20 Noyabr 2015    Oxunub:5949
Ermənistan rəhbərliyi Azərbaycanın noyabrın 18-i təhvil verdiyi əsgər Andranik Qriqoryanın valideynləri ilə görüşməsinə icazə vermir.
AzVision.az xəbər verir ki, bu haqda Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andronik sorğu-sual edilmək üçün polis bölməsinə aparılıb: “Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışdırıb, onun dediklərini başa düşdükdən sonra evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib”.

Qeyd edək ki, təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Xatırladaq ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti