Putin müxalifət qəzetini də oxuyur - SİYAHI

Putin müxalifət qəzetini də oxuyur - SİYAHI
  21 Noyabr 2015    Oxunub:2063
Rusiyanın “RBK” qəzeti prezident Vladimir Putinin gələn il hansı qəzetləri oxuyacağını açıqlayıb.
Kreml İdarəsinin yayımladığı tender sənədlərə görə Kreml gələn il üçün abunə olduğu qəzet və jurnallara 6 milyon rubl yəni 92 min dollar pul ayırıb.

Rusiya prezidenti Vladimir Putinin oxuduğu qəzetlər sırasında ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “New York Times” və Rusiyanın müxalif yönlü qəzeti “Novaya Qazeta”nın adı var. Bundan başqa “Sovyetskiy Sport” və “Sport Express” kimi rus dilində olan idman qəzetləri də Putin üçün seçilib.

Məlumata görə Kreml İdarəsi ümumilikdə 222 qəzetə abunə olub. Kreml işçiləri arasında ən populyar qəzetlər “Kommersant”, “Komsomolskaya Pravda”, “Vedomosti” və “İzvestiya”dır.


Teqlər:  





Xəbər lenti