31 milyard dollar yanaraq kül oldu

31 milyard dollar yanaraq kül oldu
  21 Noyabr 2015    Oxunub:3456
Çinin Cianqsu vilayətində qurulan təkrar istehsal kompleksində 2 min ton dövriyyədən çıxarılmış 100 yuanlıq banknotlar yandırılıb.
Çin mətbuatı Yançenq şəhərində mart ayında istifadəyə verilən enerji təkrar istehsalı kompleksində altı ayda yandırılan banknotların ümumi həcminin 200 milyard yuana (təxminən 31.2 milyard dollar) çatdığını yazıb.

Ce.cn xəbər portalı tədavüldən çıxarılan 100 yuanlıq əskinazların kağız keyfiyyətinə bağlı olaraq xeyli yüksək istilik dəyərinə malik olduğunu qeyd edərək, bu səbəblə bir ton ağırlığında əskinazın yandırılması bir ailəni 25 ilə qədər təmin edəcək min kilovatlıq enerji əldə edildiyini qeyd edib. Rəsmiləri bundan başqa, yanmış kağız topalarından tikinti materialı kimi istifadə ediləcəyini də qeyd ediblər.


Teqlər:  





Xəbər lenti