Zukerberq `Facebook`-u tərk edir: `Bu, şəxsi qərarımdır`

 Zukerberq `Facebook`-u tərk edir: `Bu, şəxsi qərarımdır`
  22 Noyabr 2015    Oxunub:2328
Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zukerberq iki ay müddətinə “Facebook”dakı fəaliyyətində fasilə vermək qərarına gəlib.
Özünün şəxsi “Facebook” səhifəsində bu barədə məlumat verən M.Zukerberq 2 aylıq məzuniyyət götürmək haqda qərar qəbul etdiyini qeyd edib.

“Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq məzuniyyət hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir”,-deyə o bildirib.



Teqlər:  





Xəbər lenti