Obama söz verdi: İŞİD-i məhv edəcəyik
"İŞİD-in məhv edilməsi sadəcə hədəfimiz deyil, biz bunu mütləq edəcəyik. Biz onları məhv edəcəyik" - Obama Kuala-Lumpurda ASEAN ölkələrinin liderlərinin görüşündə deyib.
ABŞ prezident həmçinin qeyd edib ki, İŞİD liderlərinə ov təşkil etmək, qruplaşmanın maliyyə kanallarını bağlamaq və yaraqlıların zəbt etdiyi əraziləri azad etmək niyyətindədir.