`Bəzi prezidentlər saçlarını rəngləyir`- Obama

`Bəzi prezidentlər saçlarını rəngləyir`- Obama
  22 Noyabr 2015    Oxunub:6225
ABŞ prezidenti Barak Obama bəzi həmkarlarından fərqli olaraq saçlarını rənğləmədiyini deyib.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ evdə tələbələrlə keçirdiyi görüş zamanı bildirib.

Ona yaşlı deyilməsindən xoşlanmadığını söyləyən 54 yaşlı Obama bir çox prezidentlərin saçlarını rənglədiyi haqda məlumata malik olduğunu qeyd edib.

“Gənclərin mənə yaşlı deməsini istəmirəm. Mən gördüyünüz kimi saçlarımı rəngləmirəm, amma bir çox liderlər saçlarına rəng vururlar. Onların kim olduqlarını deməyəcəyəm. Amma saç ustaları onların kim olduqlarını gözəl bilirlər”, -deyə Obama əlavə edib.

Qeyd edək ki, 2009-cu ildən indiyədək ABŞ prezidenti olan Obama əvvəlki illərlə müqayisədə xeyli dəyişilib. Onun saçları ağarıb, üz cizgilərində yaşlanma hiss olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti