`Rusiyaya təslim olmayacağıq` - Türkmənlərdən mesaj (Video)

`Rusiyaya təslim olmayacağıq` - Türkmənlərdən mesaj (Video)
  23 Noyabr 2015    Oxunub:4134
Suriyada Türkmənlərin özünümüdafiə qoşunu “Türkmən Dağı təslim oldu” xəbərlərinə sərt reaksiya verib.
AzVision.az xəbər verir ki, bunula bağlı sosial mediada videoçarx paylaşan Türkmənlər Rusiya hərbi havva qüvvələrinin bombardımanı nəticəsində təslim olmayacaqlarını bəyan ediblər: “Hər kəs həddini bilsin. Qanımızın son damlasına qədər vuruşacağıq. Kimsə bizim təslim olmuşuq xəbərinə inanmasın”.

Videoçarxda özünü komandir kimi təqdim edən şəxs Suriyanın hazırki prezidenti Bəşər Əsədə dəstək olan dövlətlərə də səslənib: “Hər kəs həddini bilsin. Türkmən dağı Türkün yurdudur. Türkmən dağı heç zaman təslim olmayacaq. Son nəfəsimizə qədər mübarizə aparacayıq. Bizə bu yolda Allah özü kömək edəcək. Daha sonra da Türk dövlətinin və Türk millətinin xeyir duası ilə zəfər çalacıq. Allah var, kədər yox. Qanımız axsa da zəfər İslamındır”.




Teqlər:  





Xəbər lenti