Azərbaycandan Rusiyaya qara kürü keçirmək istədi

Azərbaycandan Rusiyaya qara kürü keçirmək istədi
  23 Noyabr 2015    Oxunub:2180
Azərbaycandan Rusiyaya qara kürü keçirmək istəyən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Dağıstan Gömrük İdarəsi yayıb. Belə ki, Dağıstanın Məhərəmkənd gömrük postunda idarə əməkdaşları Azərbaycandan Rusiyaya keçmək istəyən və adı açıqlanmayan Azərbaycan vətəndaşının şəxsi əl yükünə baxış zamanı onun çantasından Rusiyaya qanunsuz yolla aparmaq istədiyi 6.4 kiloqram dəniz balıqlarından götürülmüş qara kürü aşkar edilib.

Aşkar edilən qara kürü həmyerlimizdən müsadirə olunaraq ekspertizaya göndərilib.


Teqlər:  





Xəbər lenti