Fransada atışma: Ölənlər var

Fransada atışma: Ölənlər var
  23 Noyabr 2015    Oxunub:3659
Fransanın Tulon şəhərində baş verən atışma nəticəsində bir gömrük zabiti ölüb, iki polis əməkdaşı yaralanıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Atışma qanunsuz silah dövriyyəsi ilə bağlı keçirilən əməliyyat zamanı baş verib. Əməliyyat çərçivəsində gömrükçülərdən biri binaya daxil olub və dərhal orada da güllələnib”, - deyə məlumatda bildirilir.
Gömrükçünün güllələyən şəxs polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, noyabrın 13-ü Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti