Rusiya və Türkiyə Qafqazdakı vəziyyəti müzakirə edəcək

Rusiya və Türkiyə Qafqazdakı vəziyyəti müzakirə edəcək
  23 Noyabr 2015    Oxunub:1805
Moskva ilə Ankaranın bir çox beynəlxalq və regional məsələlərdə yanaşması oxşar və ya eynidir.
AzVision.az xəbər verir ki, “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

İstanbulda keçiriləcək V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını iclası ilə bağlı yayılan bəyanatda bildirilir ki, Sergey Lavrov, Firudin Sinirlioğlu ilə bir sıra qlobal və regional məsələləri müzakirə edəcək: “Nazirlər Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq. Eyni zamanda görüşdə terrorla mübarizənin təsirinin artırılması da müzakirə mövzusu olacaq. Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyət, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə dair dialoq davam etdiriləcək”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti