Əliyevlə Sarkisyan dekabrın 1-də Parisdə görüşəcək

Əliyevlə Sarkisyan dekabrın 1-də Parisdə görüşəcək
  24 Noyabr 2015    Oxunub:2549
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.

Qəzet iddia edir ki, Azərbaycan prezidenti İlham Əliyev Paris görüşü barədə razılıq verib.

Xəbərə görə, Parisdə baş tutacaq görüşdə Dağlıq Qarabağla bağlı yeni təklif irəli sürülməyəcək, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti