Sarkisyan növbəti məğlubiyyətə hazırlaşır

Sarkisyan növbəti məğlubiyyətə hazırlaşır
  24 Noyabr 2015    Oxunub:2572
Sarkisyan hakimiyyəti konstitusiya islahatları ərəfəsində Ermənistan ictimaiyyəti arasında yaranan neqativ ab-havadan qorxuya düşüb. Eyni zamanda hakimiyyət şayiələr yayaraq ictimaiyyəti referendumun taleyinin artıq indidən həll olunduğuna inandırmağa çalışır.
Bu barədə AzVision.az “Çorrord İşhanutyan” bildirib.

“Bizim mənbələrimiz izah edirlər ki, bu hakimiyyət tərəfindən öz məğlubiyyətlərini ictimaiyyət arasında yumşaltmağa hesablanan addımdır. Bundan əlavə, Ermənistan rəhbərliyi konstitusiya referendumunda uğursuzluğa düçar olacağı təqdirdə, atacağı addımlar barədə ciddi düşünməyə başlayıb. Serj Sarkisyan və hakim dairələr, hətta kütləvi saxtakarlıq nəticəsində belə konstitusiya referendumu qəbul olunmayacağı halda bir neçə ssenari üzərində baş sındırır”, - deyə qəzet yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti