`Türkmənlər rus pilotu əsir götürüb` - (Video)

`Türkmənlər rus pilotu əsir götürüb` - (Video)
  24 Noyabr 2015    Oxunub:5061
Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su24” hərbi təyyarəsinin katapult edən pilotlarından biri Suriya türkmənlərinin əlindədir.
AzVision.az xəbər verir ki, bunu “CNN Türk”ün Türkiyə-Suriya sərhədində olan müxbiri Xədicə Dəmircan deyib.

Onun sözlərinə görə, rus pilot hazırda Bayırbucak bölgəsində saxlanılır: “Türkmənlər digər pilotun axtarışlarını davam etdirirlər. Ərazidə vəziyyət gərgin olaraq qalır. Çünki, təyyarənin vurulmasından 20-25 dəqiqə sonra burada partlayışlar”.

Jurnalist həmçinin Rusiya hərbi helikopterlərinin hazırda pilotları tapmaq üçün bölgədə uçuşlar həyata keçirdiyini diqqətə çatdırıb. O, bildirilib ki, pilotları almaq üçün iki helikopterin həmin əraziyə eniş etməsinə türkmən özünümüdafiə qüvvələri icazə vermir.




Teqlər:  





Xəbər lenti