Suriyalı jurnalist Türkiyədə qətlə yetirildi

Suriyalı jurnalist Türkiyədə qətlə yetirildi
  28 Dekabr 2015    Oxunub:1617
Müxalif suriyalı jurnalist Nədci Əl-Cerf Türkiyədə güllələnib.
AzVision.az “Deutsche Welle”-yə istinadən xəbər verir ki, jurnalist Qazıantep şəhərində qətlə yetirilib.

Bu barədə məlumatı jurnalistin əməkdaşlıq etdiyi “Raqa Is Being Slaughtered Silently” (Rakkanı sakitcə öldürürlər) hüquq təşkilatı öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, jurnalist İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının cinayətlərindən bəhs edən sənədli film üzərində işləyib. Buna qədər isə, Suriya haqqında bir neçə film yayımlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti