Türkiyədə hərbçilərə Yeni il qadağası

Türkiyədə hərbçilərə Yeni il qadağası
  28 Dekabr 2015    Oxunub:2839
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı hərbi hissələrdə Yeni illə bağlı tədbirlərin keçirilməsini qadağan edib.
Bu barədə AzVision.az “DHA”-ya istinadən xəbər verir.

Tədbirlərin ləğv olunmasına səbəb isə son günlər PKK ilə baş verən döyüşlər zamanı Türkiyə ordusunun xeyli sayda şəhid verməsidir.

Türkiyə KİV-nin məlumatına görə, son bir ayda PKK ilə qarşıdurmalar zamanı 60 hərbçi həlak olub.

Ümumilikdə, isə 2015-ci ildə PKK yaraqlıları ilə toqquşamalr zamanı 200-dən çox hərbçi ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti