`Azərbaycan uranın İrandan çıxarılmasında iştirak edib` - Kerri

`Azərbaycan uranın İrandan çıxarılmasında iştirak edib` - Kerri
  29 Dekabr 2015    Oxunub:3024
Azərbaycan İrandan uranın Rusiyaya aparılmasında rol oynayıb.
AzVision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

O, həmçinin əlavə edib ki, İrandan Rusiyaya göyərtəsində 11 tondan çox olan az zənginləşdirilmiş uran gəmisi yola düşüb.

“Bir çox ölkələr bu prosesdə vacib rol oynayıblar”,- deyə Kerri qeyd edib.

Dövlət katibi qeyd edib ki, Qazaxıstan “5+1” formatında danışıqların ilkin mərhələsini qəbul edib: “Azərbaycan da, həmçinin uranın daşınması prosesində mühüm rol oynayıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti