Azərbaycanlı müğənni qəzaya düşdü, prodüseri öldü – VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü, prodüseri öldü – VİDEO
  29 Dekabr 2015    Oxunub:15413
Rusiyanın Krasnodar diyarında ötən gün 19:50 radələrində yol qəzası baş verib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“İlkin məlumatlara görə, “Lexus GS300” markalı avtomobilini idarə edən 24 yaşlı sürücü “Qafqaz” şosesində qarşısında gedən yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Lexus” markalı avtomobildə olan 34 yaşlı sərnişin həlak olub. Sürücü xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb sürücünün distansiyanı saxlamaması olub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Qəza nəticəsində məşhur şəxslərin xəsarət alması xəbərini hüquq mühafizə orqanlarında olan mənbə təsdiqləyib.

Bildirilib ki, qəzaya düşən şəxs azərbaycanlı Elbrus Canmirzəyevdir. O, Azərbaycanın ən məşhur pop ifaçılarından biridir.

Müğənninin rəsmi saytında qeyd olunub ki, hazırda o, Dağıstanda yaşayır, Tolyatti Dövlət Universitetində hüquq fakültəsində təhsil alır.

Hadisə nəticəsində dünyasını dəyişən şəxs yunan müğənni Alexandros Tsopozidisin prodüseri Kamran Əmirovdur.




Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti