İrandan Ərdoğanın ittihamlarına cavab
Nazirlik rəsmisi Hüseyn Cabir Ənsari Türkiyə rəhbərliyində İrana qarşı bu cür ifadələrin ilk dəfə işlənmədiyini qeyd edib.
“Bölgədəki mövcud anlaşılmazlıqları şəxsi hədəflər zəmnində istifadə edirlər. Biz digərlərinin nə danışdığına görə məsuliyyət daşımırıq və Suriya məsələsindəki siyasətimiz açıq və aydındır. İranın Suriya ilə bağlı siyasəti iki prinsipə əsaslanır. Bunlar –Suriya xalqının gələcəyini özü təyin etməsi, terror və zorakılıq yolu ilə siyasi hədəflərə nail olmasıdır”.
Prezident Ərdoğan Suriyadakı atışmalarla bağlı çıxışında İranı məzhəb ayrıseçkiliyində ittiham etmiş və “İran məzhəbçilik qayəsi ilə Əsədin arxasında durmasaydı, bəlkə bu gün Suriya deyə bir məsələni danışa bilərdik” deyə bildirmişdi.
AzVision.az