Əfsanəvi narkobaron öldürüldü

Əfsanəvi narkobaron öldürüldü
  30 Dekabr 2015    Oxunub:2798
Meksikanın qərbində “Miçoakan ailəsi” adlı narkokartelin yaradıcısı 52 yaşlı Karlos Rosales Mendosanın meyiti tapılıb.
BBC News xəbər verir ki, narkobaron və daha 3 nəfərin cəsədi yolun qırağlnda avtpmobil dayanacağında aşkarlanıb.

Ekspertlər müəyyən ediblər ki, qətl cəsədlərin tapıldığı yerdə baş verməyib. Öldürülməzdən öncə 4 nəfər işgəncələrə məruz qalıb, sonra isə güllələnərək qətlə yetirilib.

RİA Novostinin məlumatına görə, yerli hakimiyyət nümayəndələri hesab edirlər ki, “Vərəm” ləqəbli narkobaron atışma baş verən ərazidə cinayətkar aləmin nüfuzlu şəxsləri ilə gizli görüş keçirib. Atışmadan sonra narkobaron mühafizəçiləri tərəfindən xilas edilsə də, aldığı güllə yaralarından keçinib.



Teqlər:  





Xəbər lenti