Pakistanda qanlı terror - 23 ölü, 40 yaralı

Pakistanda qanlı terror - 23 ölü, 40 yaralı
  30 Dekabr 2015    Oxunub:1549
Dekabrın 29-da Pakistanın Mardan şəhərində terror aktı törədilib.
AzVision.az xarici KİV-lərə istinadn xəbər verir ki, terror aktı nəticəsində 23 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatına daxil olan “Djamat-ul-Axrar” qruplaşması öz üzərinə götürüb.

Polis nümayəndəsi Sayed Vazir bildirib ki, terrorçu motosikletlə binanın həyətinə daxil olmaq istəyib, lakin qapıçı şübhələndiyindən onu içəri buraxmayıb. Bu zaman terrorçu motosikleti dəmir darvazaya çırpıb və partlayış baş verib.

Hadisə ilə bağlı cinayət işi açılıb.




Teqlər:  





Xəbər lenti