Gürcüstanda XİN rəhbəri baş nazir oldu

Gürcüstanda XİN rəhbəri baş nazir oldu
  30 Dekabr 2015    Oxunub:1905
Gürcüstan parlamenti Kutaisidə keçirilən toplantısında baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilinin namizədliyini təsdiq edib.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Kutaisidə baş tutan səsvermə prosedurunda hökumətin tərkibinin təsdiqinə 86 deputat lehinə, 28 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, 23 dekabr tarixində İrakli Qaribaşvili heç bir izahat vermədən Gürcüstan baş naziri vəzifəsindən istefa verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti