Azərbaycan Ukraynadan 10 təyyarə alır

Azərbaycan Ukraynadan 10 təyyarə alır
  30 Dekabr 2015    Oxunub:4152
Ukraynanın dövlət müəssisəsi (DM) “Antonov” An-178 təyyarəsinin ikinci təcrübə nümunəsinin füzelyajının yığılmasını başa vurub.
Bu barədə AzVision.az avianews.com-a istinadən xəbər verir.

Hazırda Azərbaycan, Çin və İraqdan An-178-ə görə 40 sifariş qeydə alınıb. Təyyarənin sertifikatlaşdırılması prosesi gələn ilin sonuna planlaşdırılır.

An-178 ilk uçuşunu 2015-ci ildə mayın 7-də edib. Müəssisə elə həmin gün 10 ədəd təyyarənin Azərbaycana və 2 ədəd isə Çinə idxalı haqqında müqavilə bağladığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti