Koreyalı liderin ən yaxın dostu öldü

Koreyalı liderin ən yaxın dostu öldü
  30 Dekabr 2015    Oxunub:4856
Şimali Koreya liderinin ən yaxın müşavirlərindən biri Kim Yan Qon avtomobil qəzasında ölüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən 73 yaşlı müşavir Cənubi Koreya ilə münasibətlərə görə məsuliyyət daşıyıb.

Məhz o, bu ilin avqustunda sərhəddə baş verən artilleriya atışmasından sonra gərginləşən münasibətlərin nizamlanmasında mühüm rol oynayıb.

Dövlət informasiya agentliyi onu `yaxın yoldaş və bərk inqilabçı” adlandırır.

Şimali Koreya lideri Kim Çen İnin dəfn komissiyasına şəxsən başçılıq etməsi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti