Azərbaycanlı nazir və səfir müğənninin toyunda - VİDEO

Azərbaycanlı nazir və səfir müğənninin toyunda - VİDEO
  30 Dekabr 2015    Oxunub:3514
Dünən azərbaycanlı müğənni, tenor Yusif Eyvazovun Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko ilə toy mərasimində səfir Polad Bülbüloğlu və ailəsi, eyni zamanda nazir Əbülfəs Qarayev də iştirak edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, toy mərasimindən çəkilən fotolar sosial şəbəkədə yerləşdirilib.

Qeyd edək ki, cütlüyün nikahı Vyananın dəbdəbəli “Hofburq” sarayında baş tutub.

44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov ötən ilin avqustunda nişanlanıblar. A. Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti