Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlanacaq

Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlanacaq
  30 Dekabr 2015    Oxunub:2547
Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu məsələyə hökumət tərədindən ciddi şəkildə baxılır.

“Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır”, - deyə H. Hacıyev qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti