Bu il Rusiya-Azərbaycan münasibətləri üçün məhsuldar olub – Putin

Bu il Rusiya-Azərbaycan münasibətləri üçün məhsuldar olub – Putin
  30 Dekabr 2015    Oxunub:2176
Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn 2016-cı il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədəAzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

İlham Əliyevə ünvanlanan təbrikdə Putin başa çatmaqda olan 2015-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün zəngin və məhsuldar olduğunu bildirib. O, həmçinin Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin təmin edilməsi maraqlarına görə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üzrə birgə və sıx əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti