Tanınmış aktyor Rusiya vətəndaşlığından imtina etdi
“Rusiyada çox vaxt deyirlər ki, Qərb ölkələrində gülüşlər sünidir. Lakin mən süni gülüşü təbii qəzəbdən daha üstün tuturam. Çox təəssüflə bildirirəm ki, mən burada öz uşaqlarımı kobudluq və təcavüzdən qoruya bilmirəm. Buranın havası belədir”, - aktyor öz qərarını izah edərkən deyib.
Serebryakovun sözlərinə görə, o istəyir ki, uşaqları “biliyin, əməyin qiymətləndirildiyi dünyada böyüsünlər, və bunun üçün kimisə itələmək, kobud olmaq və insanlardan qorxmaq lazım olmasın”.