`Təyyarəni vurmaq əmrini mən verməmişəm` - Davudoğlu

`Təyyarəni vurmaq əmrini mən verməmişəm` - Davudoğlu
  31 Dekabr 2015    Oxunub:10246
Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın `Su-24` bombardmançı təyyarəsini vurmaq əmrini o verməyib.

Bu haqda AzVision.az `RİA Novosti`-yə istinadla xəbər verir.

`Mən 17 saniyə ərzində bu əmri necə verə bilərdim? Mümkün deyil axı. Baş nazir təhlükələrə reaksiya verilməsi qaydalarının qüvvəyə minməsini təsdiqləyir. Bu qaydalar da yeni deyil. Həmin hadisədən iki gün əvvəl Baş Qərargah bu qaydaların tətbiq olunması səlahiyyətlərini ölkənin Hərbi Hava Qüvvələri komandanlığına ötürmüşdü`.

Bununla belə, Davudoğlu deyib ki, təyyarənin vurulmasını düzgün sayır, çünki `Ölkənin hava məkanını müdafiəsiz qoymaq olmazdı`.

AzVision.az


Teqlər:  





Xəbər lenti