Sədrlik Ukraynadan Azərbaycana keçdi

Sədrlik Ukraynadan Azərbaycana keçdi
  01 Yanvar 2016    Oxunub:2058
Demokratiya və İqtisadi İnkişaf uğrunda təşkilata (GUAM) sədrlik 2016-cı il yanvarın 1-dən Ukraynadan Azərbaycana keçib.
AzVision.az xəbərinə görə, bu barədə GUAM Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Serbiyada keçirilən toplantısında qərar qəbul edilib.

Təşkilatın baş katibi vəzifəsini isə qarşıdan gələn 4 il ərzində Azərbaycanın İspaniyadakı sabiq səfiri Altay Əfəndiyev icra edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti